“2025 iHeartRadio” Musiqi Mükafatları 17 mart 2025-ci ildə Los-Ancelesdə yerləşən “Dolby” teatrında keçirilib və “Fox” kanalında canlı yayımlanıb.
Mərasimdə Meray Kerri müğənni, bəstəkar və prodüser kimi inanılmaz və nüfuzlu karyerasına görə, demək olar ki, bütün musiqi siyahılarında və dünya üzrə tur rekordlarını qıran “İkon Mükafatı”na layiq görülüb. Gecənin digər parlaq ulduzu olan Ledi Qaqa, müasir dövrün sənətkarı, novatoru, dünyanı ilhamlandıran musiqi və şouların əvəzolunmazı, açıq sözlü fəal, xeyriyyəçi və bir çox mühüm məsələlərin tərəfdarı olduğuna görə “İnnovator Mükafatı” ilə təltif edilib.
Teylor Sviftin bütün dünyaya səs salan “The Eras” turu “Əsrin Turu” mükafatını qazanıb. 2000-ci illərin ən çox dinlənilən ifaçılarından olan Nelli, bir çox onilliklər ərzində albom buraxılışları ilə ilhamlandıran və mədəniyyəti formalaşdıran sənətçiləri təltif edən “Landmark” mükafatına layiq görülüb. Teylor Svift və Morqan Vallen, hər biri 10 namizədliklə siyahıya liderlik ediblər. Svift gecədə doqquz mükafat qazanaraq mərasimin ən çox mükafatlandırılan sənətçisi olub. Onların ardınca Kendrik Lamar, Post Meloun və Sabrina Karpenter doqquz nominasiya üzrə müvafiq yerləri bölüşüblər.
Əsas nominasiyalarda qaliblər:
“İlin Artisti” – Teylor Svift
“İlin Mahnısı” – “Beautiful Things” – Benson Boni
“Ən Yaxşı Kollaborasiya” – “Die With a Smile” – Ledi Qaqa & Bruno Mars
“İlin Mahnı Bəstəkarı” – Emmi Alen
“İlin Pop Mahnısı” – “Espresso” – Sabrina Karpenter
“İlin Pop Artisti” – Sabrina Karpenter
“Ən Yaxşı Yeni İfaçı (Pop)” – Teddi Svims
“İlin Hip-Hop Artisti” – Qlo Rilla
“Ən Yaxşı Yeni İfaçı (R&B)” – 4Batz
“İlin Albomu” – “Hit Me Hard and Soft” – Billi Ayliş