25-ci “BET” mükafat gecəsi 2025-ci ilin iyunun 9-da Los Ancelesdəki “Peacock Theater”da baş tutdu. 2000-ci ildən bəri keçirilən gecə film və musiqi sənayesində olan qaradərili şəxslərə həsr edilir. Bu ilki gecənin aparıcısı Kevin Hart idi. Nominasiyalar artıq mayın 8-i elan edilmişdi. Gecədə Kendrik Lamar 10 nominasiya ilə ən çox nominasiyaya layiq görülən sənətçi oldu. Daha sonra Doeçi, Dreyk, “Future” və Qlorilla 6 nominasiya ilə ikinci yerləri bölüşdürdülər.
Mayın 28-i isə Meria Keri, Cemi Foks, Snop Doq və Kirk Fransklin “Ultimate Icon Awards”a layiq görüldü.
Gecədə Aşanti, Ameri, Meria Keri, Lil Ueyn, Qlorilla, Cennifer Hudson, Teyana Taylor, Pleyboy Karti, Snop Doq kimi reper, pop sənətçiləri iştirak ediblər. Onlar öz repertuarlarından yeni təqdim etdikləri mahnılara və yaxud köhnə hitlərə üz tutublar.
Gecədə “Album of Year”, “Video of the Year”, “Best Collaboration”, “Best Male Hip-Hop artist”, “Video Director of the Year” Kendrik Lamara, “Viewer”, Choice Awards” və “Best Male Rnb/Pop” Kris Brouna, “Best Female RnB/Pop Artist” SZA-ya, “Best Female Hip-Hop Artist” Doeçiyə, “Best New Artist” Leon Thomas 3-ə, “Best Group” “Future” və “Metro Boomin”ə, “Best Actor” Denzel Vaşinqtona, “Best Actress” Sintia Erivo, “Youngstars Awards” isə Beyonsenin qızı olan Blue İvi Karterə verilib.