Finlandiya 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsilçisini müəyyənləşdirib. Münsiflərin və tamaşaçıların dəstəyi ilə ölkəni Erika Vikman “Ich Komme” mahnısı ilə təmsil edəcək.
Erika Vikman Avroviziya səhnəsinə gedən yolunda artıq bir dəfə uğur qazanmağa yaxın olub. O, 2020-ci ildə “Cicciolina” mahnısı ilə Finlandiyanın milli seçim turunu ikinci sırada tamamlamışdı. Bu il isə o, həm münsiflərin, həm də xalqın qəlbini fəth edərək qələbə qazandı.
Avroviziya 2025 may ayında baş tutacaq və Finlandiyanın çıxışı böyük maraqla gözlənilir.
