Fiftysix Magazine

Menyu
Edit Template

Ziferblat Ukraynanı Avroviziya 2025-də təmsil edəcək!

Ukraynanın milli seçim turu “Vidbir 2025” başa çatdı və ölkəni Avroviziya Səhnəsində təmsil edəcək ad bəlli oldu! Bu il qələbəni Ziferblat qrupu “Bird of Pray” mahnısı ilə qazandı. Onların səhnə çıxışını aşağıdan izləyə bilərsiniz:

Ötən il münsiflərin favoriti olan qrup, xalq səsverməsində geridə qaldığı üçün Avroviziya şansını itirmişdi. Lakin bu dəfə həm münsiflərdən, həm də tamaşaçılardan yetərincə dəstək alaraq, ölkəsini İsveçrənin Bazel şəhərində təmsil etmək hüququnu qazandı.

Qeyd edək ki, Ukrayna Avroviziya 2025-də birinci yarımfinalın, birinci hissəsində çıxış edəcək.

Scroll to Top