Paris Moda həftəsi davam edir. 26 Yanvar tarixində “Lazoschmidl” öz kolleksiyasını təqdim etdi. Payız -qış 2025/26 sezonuna aid kolleksiyada kişi alt geyimləri və outfit tərzində geyimlər daxildir.
Kolleksiyada ən çox diqqət çəkən özünəməxsus dizaynda hazırlanmış gödəkçələr, şalvarlar, geniş cinslər və onların bir-biri ilə harmoniyasıdır. Geyimlər əsasən “unisex” üslubdadır. Brendin mütəmadi olaraq istifadə etdiyi parıltılı parçalar da bu kolleksiyada da mövcuddur. Kolleksiyadan görüntülər:
“Lazoschmidl” brendi Alman-İsveç brendirir və 2014-cü ildə Jozef Lazo və Andreas Schmidl tərəfindən təsis edilib. Brend gender sərhədlərini aşan cəsarətli və eksperimental dizaynları ilə məşhurdur. Onlar əsasən retro üslubda, sadəcə moda yox həmçinin musiqi və digər sahələri də öz dizaynlarında istifadə edərək unikal tərz yaradırlar. Brend əsasən kiçik miqyaslı istehsala üstünlük verir.








