Fiftysix Magazine

Menyu
Edit Template

Yunan mahnısı səhnədə, siyasət pərdə arxasında

Yunanıstanın hökumət sözçüsü Pavlos Marinakis, Asteromata mahnısının Yunanıstanın 2025 Avroviziya Müsabiqəsinə təqdim olunması ilə bağlı yaranan gərginliklə bağlı açıqlama verib. O, bildirib ki, mahnının təqdimatı ilə bağlı hər hansı bir siyasi niyyətin olmadığını vurğulayaraq, “Mahnıların seçimi heç vaxt siyasətə xidmət etməz. Bu mahnının sözlərində heç bir təhqir və ya təcavüzkar məzmun yoxdur. Hər şey sənədləşdirilmişdir və tarixə müdaxilə etmək olmaz,” – deyə Marinakis qeyd edib.

Bundan əlavə, Türkiyənin TRT dövlət yayımçısı, Asteromata mahnısının mətnində Pontus yunanlarının soyqırımına dair istinadlar olduğu ilə bağlı yayılan xəbərlərdən sonra mahnının təhlilini həyata keçirməyi planlaşdırır.

Bu hadisə, Yunanıstanın 2025 Avroviziya mahnısının sənətkarı Klavdianın ERT-nin məşhur “Proïan se idon” proqramında etdiyi açıqlamaları ilə daha da diqqət mərkəzindədir. Klavdia, mahnısının “köç və qaçqınlar mövzusuna toxunduğunu” bildirib, bununla da mahnının arxasında sadəcə siyasi və ya tarixi mesajların olmadığını, daha çox insanlıq və insan haqları məsələlərinin önə çıxdığını vurğulayıb.

Təqdimatla bağlı gərginliklər hələ də davam edir, lakin Yunanıstanın mövqeyi aydındır: musiqi müsabiqəsi, tarixi və siyasi məsələlərdən daha çox, sənət və ifadə azadlığını təmsil edir.

Sözü gedən mahnının sözlərini Azərbaycan dilində təqdim edirik:

Ana, ağlama, dərdimə yanma
Qara paltarlara bürünsən belə
Solğun bədənim, ruhum yenilməz
Alov da sönməz məndən belə

Atəşin qaranquşları
Dalğaları keçsə də
Doğma torpaq, kök saldığım yer
Unudulmaz heç zaman, əsla

Saf qızım gəl mənə sarıl
İsti dodaqlarınla yanımda qal
Ağlama, göz yaşın axmasın
Ruhumda dincliyi səndə tapım

Ah, ulduzum, ən qiymətlim
Ana, ağlama, dərdimə yanma
Həyatım bir gəmi, yol axtarır
Küləklər yelkənim, dönmək arzum

Saf qızım, gəl mənə sarıl
İsti dodaqlarınla yanımda qal
Ah, ulduzum, ən qiymətlim
Ah, ulduzum, ən qiymətlim
Ulduzum…

Scroll to Top