Fiftysix Magazine

Menyu
Edit Template

Custina Steçkovska 30 ildən sonra yenidən Avroviziya səhnəsində!

Polşa 2025 Avroviziya təmsilçisini “Polskie Kwalifikacje” adlı milli finalı ilə seçdi. 12 iştirakçı arasında %39,32 səs toplayan Custina Steçkovska “Gaja” mahnısı ilə qalib gəldi. İnanılmaz səhnə performansı və unikal vokalı onu həm jüri, həm də tamaşaçılar üçün favoritə çevirdi.

Custina Polşada “şaman qızı” kimi tanınır – musiqisində pop, etnik və elektron səsləri ustalıqla birləşdirir. Üç oktavlıq səsi, teatrallığı və möhtəşəm səhnə xarizması ilə illərdir Polşa musiqi dünyasında öz yerini qoruyur. Onu həm də The Voice kimi TV layihələrindən tanıyırsınız.

30 il əvvəl “Sama” ilə Avroviziya səhnəsinə çıxan Custina, indi tam fərqli bir enerji ilə geri qayıdır. Avroviziyada necə nəticə göstərəcəyi isə böyük maraq doğurur.

Scroll to Top