Estoniyanın tanınmış reperi və performans sənətçisi Tommy Cash, “Espresso Macchiato” adlı mahnısı ilə “Eesti Laul 2025” müsabiqəsində qalib gələrək Estoniyanı Avroviziya 2025 mahnı müsabiqəsində təmsil etməyə haqq qazandı.
“Espresso Macchiato” mahnısı ingilis və italyan dillərinin təsirini əks etdirən, müxtəlif janrları birləşdirən bir əsərdir.
Tommy Cash, 2012-ci ildən bəri musiqi sahəsində fəaliyyət göstərən 33 yaşlı estoniyalı reper, müğənni və vizual sənətçidir. O, Charli XCX, Joji və IC3PEAK kimi sənətçilərlə əməkdaşlıq edərək beynəlxalq aləmdə tanınıb.
“Eesti Laul 2025” Müsabiqənin birinci turunda münsiflər heyəti və ictimai səsvermə nəticəsində ilk üçlük müəyyən edilib, daha sonra superfinalda yalnız ictimai səsvermə ilə qalib müəyyən olunub.
Tommy Cash, 13 may 2025-ci il tarixində keçiriləcək birinci yarımfinalında final uğrunda mübarizə aparacaq. O, Estoniyanın son üç ildə finala yüksəlmə ənənəsini davam etdirməyi hədəfləyir.
“Espresso Macchiato” mahnısının rəsmi musiqi videosunu aşağıda izləyə bilərsiniz:
