Fiftysix Magazine

Menyu
Edit Template

Kyle Alessandro Norveçi Avroviziyada təmsil edəcək

Bu axşam Oslo Spektrum-da keçirilən Melodi Grand Prix 2025 musiqi yarışmasının qalibi bəlli oldu. “Lighter” mahnısı ilə Kyle Alessandro qalib gələrək Norveçi 2025-ci ildə Bazeldə baş tutacaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

2006-cı ildə Steinkjer şəhərində doğulan Kyle Alessandro, 2017-ci ildə “Norske Talenter” yarışması ilə tanınıb. Daha sonra müxtəlif televiziya layihələrində iştirak edib və “Første kapittel” albomunu buraxıb. 2023-cü ildə Umami Tsunami qrupunun üzvü kimi Melodi Grand Prix-də finala yüksəlsə də, qalib ola bilməyib.

Bu il isə Adam Vuds ilə birlikdə yazdığı “Lighter” mahnısı ilə solo ifaçı kimi yarışmaya qatılaraq 307 xal toplayıb və münsiflərin 10-dan 9-unun tam xalı ilə birinci yeri tutub. Xalq səsverməsinin də qalibi olan Alessandro, ikinci yerin sahibi Nataleen (190 xal) və üçüncü olan Bobbysocks! (164 xal) üzərində üstünlük qazanıb.

Beləliklə, Norveç 2025-ci ildə Avroviziyada Kyle Alessandro və “Lighter” mahnısı ilə çıxış edəcək.

Scroll to Top