Fiftysix Magazine

Menyu
Edit Template

İki “Abracadabra”, bir hakim: Atiye və Ledi Qaqa qarşıdurması

Türkiyənin tanınmış sənətçilərindən Atiye, dünya ulduzu Lady Qaqa-ya qarşı hüquqi proses başlatmağa hazırlaşır. Səbəb isə Lady Qaqa-nın bu ilin 3 fevralında yayımlanan “Abracadabra” adlı mahnısının, Atiyenin illər əvvəl buraxdığı eyni adlı mahnıya bənzədilməsidir.

Bu iddia sosial mediada geniş rezonans doğurub. Atiyenin pərəstişkarları bu bənzərliyi vurğulayaraq onun haqlı olduğunu bildirir, digər tərəfdən, bəzi musiqisevərlər bunun təsadüf olduğunu düşünür.

Mahnılar Həqiqətən Bənzəyirmi?

Hələlik rəsmi musiqi ekspertizası aparılmayıb, lakin Atiyenin iddiasına görə, Lady Qaqa-nın yeni mahnısında onun 2015-ci ildə yayımladığı “Abracadabra” ilə oxşar melodik və ritmik elementlər var. Müğənni bu oxşarlıqların təsadüf olmadığını düşünür və məsələni məhkəməyə daşımaq qərarına gəlib.

Musiqi sənayesində plagiat iddiaları yeni deyil. Keçmişdə Madonna, Keti Perri , Ed Şern kimi sənətçilər də oxşar ittihamlarla qarşılaşıblar. Ancaq bu tip iddiaların hüquqi nəticələr doğurması üçün açıq-aşkar bənzərliklər və sübutlar lazımdır.

Lady Qaqa-dan Cavab Gələcəkmi?

Lady Qaqa və onun komandası hələ ki, bu məsələyə rəsmi reaksiya verməyib. Amma əgər mübahisə böyüyərsə, beynəlxalq mediada da diqqət çəkə bilər.

İndi hər kəsin sualı budur: Atiyenin haqlı çıxmaq şansı varmı? Yoxsa bu, sadəcə bir təsadüfdən ibarətdir?

Scroll to Top