Fiftysix Magazine

Menyu
Edit Template

Lana Del Reyin onuncu studiya albomu 21 mayda təqdim ediləcək

Lana Del Reyin “The Right Person Will Stay” adlı onuncu studiya albomu 21 mayda dinləyicilərə təqdim ediləcək. Albomun Interscope Records və Polydor Records tərəfindən yayımlanması planlaşdırılır.

Müğənni İnstaqram vasitəsilə izləyicilərinə bildirib: “Minnətdaram ki, 13 trekimiz Luka, Cek, Zək və Dru Erikson da daxil olmaqla möhtəşəm əməkdaşlığımız nəticəsində tamamlandı.”

Qeyd edək ki, yeni musiqilərlə yanaşı, Lana Del Rey 2025-ci ilin iyun ayında Böyük Britaniya və İrlandiyada stadion turuna çıxacaq. Tur 23 iyun tarixində Uelsin Kardiff şəhərindəki Principality Stadionunda başlayacaq və Qlazqo, Liverpul, Dublin və digər şəhərlərdə davam edərək 3 iyulda Londondakı məşhur Wembley Stadionunda başa çatacaq. Bundan əvvəl isə aprel ayında Del Rey Kaliforniyanın İndio şəhərində keçirilən Stagecoach festivalında çıxış edəcək.

Scroll to Top