Kamila Kabello bu yay “Yours, C Tour” çərçivəsində “C, XOXO” albomu ilə səhnəyə çıxacaq. Müğənni fevralın 17-də gözlənilən tur və biletlərin əvvəlcədən satış detalları ilə bağlı məlumatları bölüşüb.
“Bunu sizə demək üçün çox səbirsizlənirdim. Siz səbirli oldunuz və nəhayət, bu baş verir,” – Kamila Kabello İnstagramda yazıb. O, həmçinin turu tanıtmaq üçün “Kamila”, “Romance” və “C, XOXO” albomlarından sinql parçalarının yer aldığı promo videosu paylaşıb.
“Mən sizi çoxdandır turda görmürəm, bu yay sizə bir sevgi məktubu kimi olmasını istədim,” – müğənni X platformasındakı paylaşımında qeyd edib. “Bu yay sizinəm.”
Kamila Kabellonun yay turu iyun və iyul aylarında Avropada keçiriləcək festivallarda və öz solo konsertlərində davam edəcək. Onun İspaniya, Fransa, Niderland, Almaniya, Finlandiya, Polşa, İngiltərə və İrlandiyadakı pərəstişkarları onu canlı izləmək şansı qazanacaq.
Sentyabr ayında isə o, Braziliyanın San-Paulu şəhərinə gedərək “Town” Festivalda çıxış edəcək. Həmin festivalda Keti Perri də iştirak edəcək.
Birləşmiş Ştatlar üçün isə hələlik tur tarixi açıqlanmayıb.