İsveçin Avroviziya 2025 səhnəsindəki təmsilçisi məlum oldu! Ölkəni bu il Finlandiyalı komediya qrupu KAJ, enerjili və qeyri-adi mahnıları “Bara bada bastu” (“Sadəcə sauna etmək”) ilə təmsil edəcək. Mahnı Finlandiya sauna mədəniyyətinə həsr olunub və İsveçin milli seçim turu Melodifestivalen 2025-də böyük maraqla qarşılanaraq finala vəsiqə qazanıb.
21 fevral 2025-ci ildə yayımlanan bu unikal mahnı, Finlandiya İsveçlilərinin danışdığı Vörå ləhcəsində ifa olunur və Ostrobotniya bölgəsinin folklor ruhunu daşıyır. Mahnının arxasında isə tanınmış bəstəkarlar Anderz Wrethov, Axel Åhman, Jakob Norrgård, Kevin Holmström, Kristoffer Strandberg və Robert Skowronski dayanır.
İsveçin bu il Avroviziya üçün fərqli və əyləncəli bir seçim etməsi musiqisevərləri təəccübləndirib. İndi isə sual budur: KAJ Avroviziya səhnəsində də sauna istiliyini hiss etdirə biləcəkmi?
