Fiftysix Magazine

Menyu
Edit Template

Aisel “Beautiful Life”-ilə yenidən diqqət mərkəzində

Aisel yeni layihəsini təqdim edib. “Beautiful Life” adlanan mahnısını və klipini öz rəsmi YouTube kanalında yayımlayıb.

Rəngarəng görüntülərlə dolu olan ekran işində həmçinin müğənni  dinləyicilərinə mesaj göndərməyi də unutmayıb. Belə ki, mahnının sözləri həyatda yaxşı şeylərə diqqət yetirmək, neqativlərdən uzaqlaşmaq və özünü idarə edən qaydaları qəbul etmək istəyini əks etdirir. Mahnı çətinliklər qarşısında dözümlü olmağı təşviq edir və yaşamağın gözəlliyini vurğulayan bir himndir.

Mahnının sözləri Fidan Əliyevaya bəstəsi isə Aiselin özünə aiddir.

Sinql sənətçinin bütün musiqi platformalarında yayımlanıb.

Scroll to Top