Fiftysix Magazine

Menyu
Edit Template

Məşhur animasiya Şrek geri qayıdır!

Dünyada 3 milyard dollara yaxın gəlir əldə edən və bir nəslin qəlbini fəth edən Şrek animasiya serialı 16 illik fasilədən sonra geri qayıdır. Şrek 5 animasiyasının ilk treyleri və buraxılış tarixi artıq məlumdur.

İlk dəfə 2001-ci ildə yayımlanan animasiya, film və animasiya dünyasında böyük uğurlara imza atdı. Bir çox kompüter və telefon oyunları buraxılışa çıxdı. Həmçinin “Oscar” mükafatını qazanan Şrek aninasiyası ən son dəfə 2010-cu ildə ekranlarda görülmüşdü.

26 dekabr 2026-cı ildə yayımlanacaq Şrek 5-də Mayk Mayers Şrek obrazını, Kamerun Diaz isə Fyona obrazını canlandırır. Şrekin sevimli dostu uzunqulağı isə Edi Mörfi səsləndirir. Buraxılışı növbəti ildə baş tutacaq olan filmdə ən böyük sürprizi izləyicilərə Zendeya yaşatdı. 2017-ci ildə Şrek filmini çox sevməsi və daimi izləməsi haqqında X platformasında paylaşım etməsindən sonra aktyor heyətinə daxil olması izləyiciləri sevindirdi. Qeyd edəki ki, Zendeya Şrek və Fyonanın sevimli qızı Felisiyanı canlandıracaq.

Zamandan asılı olaraq hazırki treylerdə animasiyanın daha çox Z nəslinə xitab edən tərzdə çəkilişi nəzərdən qaçmır.

Scroll to Top