Fiftysix Magazine

Menyu
Edit Template

Dior Men’in yeni kreativ direktoru bəlli oldu

Dünyaca məşhur Dior brendinin kişi geyimləri bölməsində mühüm dəyişiklik baş verib: Kim Consun yerinə britaniyalı dizayner Conatan Anderson təyin olunub. Bu məlumatı LVMH-nin rəhbəri Bernar Arno rəsmi şəkildə təsdiqləyib.

Conatan Anderson modasevərlərə həm JW Anderson brendinin qurucusu, həm də 2013-cü ildən etibarən Loewe moda evində kreativ direktor kimi tanınır. Onun rəhbərliyi altında Loewe brendi tamamilə yenilənərək, orijinal dizaynları və kreativ yanaşması ilə lüks modanın ön sıralarına yüksəlib. Markanın illik gəliri 1 milyard avroya çatıb.

İndi isə Anderson Dior kimi daha böyük və nüfuzlu bir moda evinə rəhbərlik edəcək. 2023-cü ildə Dior-un illik gəliri 9,5 milyard avro olub – bu isə Anderson üçün daha böyük səhnə və imkanlar deməkdir. Moda dünyası onun Dior-un zəngin irsinə necə yeni nəfəs verəcəyini maraqla gözləyir.

Conatan Andersonun Dior üçün hazırlayacağı ilk kişi kolleksiyası 2025-ci ilin iyun ayında Paris Moda Həftəsində təqdim olunacaq.

Mənbə: CNN

Scroll to Top