Fiftysix Magazine

Menyu
Edit Template

Coachella 2025 Ulduzlarla dolu möhtəşəm festival

Kaliforniyanın İndio şəhərində keçirilən ənənəvi Coachella Musiqi və İncəsənət Festivalı bu il də dünya şöhrətli ifaçılarla zəngin proqram təqdim edir.

1999-cu ildən bəri təşkil olunan və dünyanın ən böyük musiqi festivallarından biri hesab edilən Coachella 2025-ci ildə də rəngarəng proqramı ilə diqqət çəkir. Empire Polo Grounds ərazisində baş tutan festival 11–13 və 18–20 aprel tarixlərini əhatə edir.

Ledi Qaqa səhnəyə möhtəşəm qayıdış etdi

8 ildən sonra Coachella səhnəsinə geri dönən Ledi Qaqa festivalın ilk həftəsində damğa vurdu.

Dünya şöhrətli ulduz Ledi Qaqa bu dəfə Coachella səhnəsində tam 20 mahnı ifa edərək möhtəşəm şou təqdim etdi. Onun çıxışı “Poker Face” ilə başlayaraq “Bad Romance”, “Shallow”, “Rain on Me” kimi hitləri də əhatə etdi. Zəngin vizual effektlərlə müşayiət olunan performansı həm vokal, həm də səhnə baxımından tamaşaçıları valeh etdi və festivalın ən çox danışılan anına çevrildi.

Post Meloun kantri janrında sürpriz etdi

Adətən rep və pop tərzi ilə tanınan Post Meloun bu dəfə kantri musiqisi ilə çıxış edərək fərqlilik yaratdı.

Yeni albomundakı kantri tərzli bəstələri təqdim edən sənətçi, Doli Parton və Bleik Şeltonla əməkdaşlıq etdiyi mahnıları da səsləndirdi. Bu çıxış həm Coachella-nın, həm də Post Melounun karyerasının fərqli bir mərhələsinə işarə etdi.


Çarli XCX və möhtəşəm sürpriz qonaqlar

Çarli XCX-in çıxışı zamanı tamaşaçılar inanılmaz sürprizlərlə qarşılaşdı.

Səhnəyə çıxan Çarliyə Billi Ayliş, Lord və Troy Sivan da qoşuldu. Birlikdə ifa etdikləri mahnılar festivalın ən emosional və enerji dolu anlarından biri kimi yadda qaldı.

Meqan Di Stallion səhnəni peşəkarlıqla idarə etdi

Mikrofon problemi yaşansa da, Meqan Di Stallion çıxışını uğurla davam etdirdi.

Texniki çətinliklərə baxmayaraq, səhnədə özünü itirməyən ifaçı peşəkarcasına çıxışını tamamladı və tamaşaçılardan güclü alqış qazandı.

K-pop ulduzları Liza və Cenni solo çıxışları ilə parıldadı

K-pop dünyasının iki məşhur ulduzu – Liza və Cenni bu il də Coachella səhnəsində solo performansları ilə fərqləndilər. Enerji dolu rəqs və vokal performansları tamaşaçılardan böyük rəğbət gördü.

Klassik musiqi və siyasət də festivala rəng qatdı

Los-Anceles Filarmoniyasının çıxışı festivala klassik musiqi nəfəsi gətirdi. ABŞ senatoru Berni Sanders isə Klarionun çıxışından əvvəl səhnəyə çıxaraq iqlim dəyişikliyi və sosial ədalət mövzusunda qısa çıxış etdi.


Coachella 2025 ikinci həftəsonu ilə davam edir

Festivalın 18–20 aprel tarixlərində keçiriləcək ikinci həftəsində yeni çıxışlar və sürpriz qonaqlar gözlənilir. Bu isə ikinci həftənin ilkindən daha maraqlı olacağına işarədir.

Mənbə: Vogue Türkiye

Scroll to Top