Tural və Turan qardaşları yeni “Amsterdam” adlı mahnılarını təqdim ediblər.
Bu musiqidə sevgidən qalan xatirələr və yarımçıq ümidlərin artıq heç bir faydasının qalmadığı vurğulanır. Qəmli notların istifadəsi musiqiyə xüsusi dramatik bir həzz qatır.
Mahnının musiqisi və sözləri Paul Romanie və Tural Turan qardaşlarına aiddir.
Qeyd edək ki: Tural və Turan qardaşları Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsi 2023-də “Tell Me More” adlı mahnı ilə təmsil etmişdilər. Onların çıxışı yarımfinal mərhələsində 4 xalla 14-cü pillədə qərarlaşıb.
