Fiftysix Magazine

Menyu
Edit Template

CHANEL yaz-yay 2025 eynək kolleksiyasını təqdim etdi

“Chanel” yayın vazkeçilməz aksesuarlarından olan eynəklər üçün yaz-yay 2025 kolleksiyasını təqdim edib. İstər minimalist istərsə də, mürəkkəb dizaynda olan eynəklər kolleksiyasında Kendrik Lamar və Lupita Nyonq’o və Marqaret Qalley kimi simalar yer alır. Gəlin kolleksiyaya daha yaxından nəzər salaq:

Kendrick Lamarın təqdimatı ilə, oval günəş eynəkləri kənarlarındakı xüsusi dizaynı ilə seçilir. Xüsusi metal dairələrin içində əl ilə yerləşdirilən parlaq kristallar eynəyə xüsusi zəriflik qatır. Eynəyin qiyməti isə 950 dollardır.

Marqaret Qalleyin təqdimatında kəpənək eynəklər də kolleksiyanın digər eynəklərinə bənzər olaraq kənarlarında metal dairə içində yerləşdirilmiş kristal ilə göz oxşayır. Eynəyin qiyməti isə 600 dollardır.

Nana Komatsunun təqdimatında kəpənək eynək üst hissəsindəki yüngül qızıl elementlərlə xususiliyi ilə seçilir. Hər bir eynəkdə olduğu kimi bu eynəklərin də üzərində brendin loqosunu əks etdirən elementlər gözdən qaçmır. Qiyməti isə 610 dollardır.

Lupita Nyanqonun təqdimatında düzbucaqlı eynəklər qalın kənarları ilə seçilir. Özəlliklərinə isə kənarlarında kiçik metal elementlərin dəri ilə bir-birinə bağlanaraq, ortada isə brendin loqosu olan metal element daxildir.

Daha çoxu üçün isə chanel.com saytını ziyarət edə bilərsiniz.

Scroll to Top