Dünən axşam “Dream Group” təşkilatçılığı ilə Bakının ən möhtəşəm konsert məkanlarından biri olan Kristal Arena əsl musiqi bayramına ev sahibliyi etdi. Dünyaca məşhur amerikalı pop-rock qrupu OneRepublic paytaxtımıza ilk dəfə səfər edərək minlərlə tamaşaçının iştirakı ilə unudulmaz bir konsert proqramı təqdim etdi.

Saat 20:00-da başlayan tədbir izdihamlı tamaşaçı axını ilə yadda qaldı. Üç saat davam edən musiqi gecəsində qrup öz repertuarından sevilən “Counting Stars”, “Apologize” kimi hitlərini səsləndirdi. Təəccübləndirici və bir o qədər də maraqlı məqamlardan biri isə qrupun Britney Spearsın məşhur “Toxic” və Beyoncénin duyğusal “Halo” mahnılarına verdiyi fərqli interpretasiyalar oldu. Bu performanslar izləyicilər tərəfindən coşqu ilə qarşılandı.Konsertin açılışı isə bu il ölkəmizi Avroviziya Mahnı Müsabiqəsi 2025-də təmsil edəcək Mamagama qrupuna həvalə olunmuşdu. Gənc və enerjili kollektiv “Run With U” adlı Avroviziya ifasını canlı olaraq tamaşaçılara təqdim etdi.
Konsertin açılışı isə bu il ölkəmizi Avroviziya Mahnı Müsabiqəsi 2025-də təmsil edəcək Mamagama qrupuna həvalə olunmuşdu. Gənc və enerjili kollektiv “Run With U” adlı Avroviziya ifasını canlı olaraq tamaşaçılara təqdim etdi.
Bununla yanaşı, onların “River” və “Dreamer” kimi artıq sevilən mahnıları da böyük alqışlarla qarşılandı. Qrup səhnəyə çıxan andan etibarən zalda müsbət enerji və gurultulu dəstək səsləri eşidilirdi.
Bu konsert təkcə musiqi baxımından deyil, həm də ölkənin mədəni həyatında önəmli bir hadisə kimi tarixə düşdü. Bakı bir daha sübut etdi ki, dünya səviyyəli musiqi tədbirlərinə uğurla ev sahibliyi edə bilir.