Fiftysix Magazine

Menyu
Edit Template

Çarli XCX-dən qorxu filmi sürprizi – bu dəfə Takaşi Mayk ilə

Dazed xəbər verir ki, britaniyalı pop ulduzu Çarli XCX bu yay yalnız musiqi sahəsində deyil, həm də kino dünyasında maraqlı layihələrlə gündəmdədir. “Brat” albomu ilə musiqisevərlərin diqqətini çəkən sənətçi bu dəfə Yaponiyanın məşhur rejissoru Takaşi Mayk ilə ortaq film layihəsində iştirak edəcək.

Qrafik zorakılıq və tabu mövzulara toxunması ilə tanınan Mayk, “Audition” və “Ichi the Killer” kimi filmləri ilə beynəlxalq kino aləmində özünəməxsus yerə sahibdir. Məlumata görə, Çarli bu layihədə həm baş rolu canlandıracaq, həm də prodüser kimi çıxış edəcək.

Hələ adı açıqlanmayan filmin ssenarisi “How To Save a Marriage” filminin müəllifi Ros Evans tərəfindən yazılıb. Layihə Takaşi Maykın rejissorluğu ilə, Çarlinin A24 Films ilə ortaq şəkildə “The Moment” adlı orijinal (mockumentary) filmi ərsəyə gətirdiyi Studio365 istehsal şirkətinin rəhbərliyi altında hazırlanacaq.

Bu layihələr göstərir ki, Çarli XCX-in yaradıcılığı musiqi ilə məhdudlaşmır və o, müasir pop mədəniyyətində çoxşaxəli sənətçi kimi mövqeyini möhkəmləndirir. Gözlənilir ki, yaxın zamanda o, həm musiqi, həm də kino sahəsində daha çox diqqət çəkəcək.

Mənbə: Dazed

Scroll to Top