Avropanın ən çox gözlənilən musiqi tədbirlərindən biri olan “Orange Warsaw Festival 2025” bu yay yenidən musiqisevərləri bir araya gətirəcək. 30 və 31 may tarixlərində Varşavanın “Służewiec” Atçılıq Meydanında keçiriləcək festivalın tam iştirakçı siyahısı artıq açıqlanıb və siyahı doğrudan da təntənəli görünür.
Festivalın ilk günü, yəni 30 may tarixində səhnəyə çıxacaq əsas adlardan biri son vaxtların ulduzu Chappell Roan olacaq. Onunla birlikdə səhnədə bu adlar da olacaq:
İki qat Avroviziya qalibi Lorin,Ceymi İks İks, Mikael Kiwanuka, Bambi, Çivas, Hubert, Cud York və Lordofon. Xüsusilə “Hot To Go” hitilə tanınan Chappell Roan-un çıxışı gecənin zirvəsi kimi gözlənilir.
İkinci gün, 31 mayda isə festivalın əsas səhnəsini Charli XCX ələ alacaq. O gün həmçinin bu ifaçılar da çıxış edəcək: Marina, Beri Kent Svim, Bleydi, Kuban, Şçil, Marqaret, Koals, və ölkənin uşaq Avroviziyası ulduzu Sara James.
Xüsusilə Marinanın uzun fasilədən sonra “Cuntissimo”, “Bubble Gum Bitch” və “Primadonna” kimi mahnılarla səhnəyə qayıdacağı xəbəri fanatları sevindirib. Builki festival həm yerli, həm də beynəlxalq ulduzları bir araya gətirərək Polşa musiqi yazını rəngarəng bir səhnədə təqdim edəcək.
