Fiftysix Magazine

Menyu
Edit Template

Elşad Xose 25 illik yaradıcılığını konsert ilə qeyd edir

Elşad Xose 25 illik yaradıcılığını “Manifest” adlı hesabat konserti ilə qeyd edəcək.

Azərbaycan rep musiqisinin ilklərindən biri olan Elşad Xose 25 illik səhnə fəaliyyətinin yekununa həsr olunmuş hesabat konserti ilə tamaşaçı qarşısına çıxacaq. “Manifest” adlı konsert mayın 25-də Heydər Əliyev Sarayında keçiriləcək.

Bu konsertlə Elşad Xose 18 ildən sonra ilk dəfə böyük zalda solo proqramla səhnəyə çıxacaq. Proqramda sənətçinin illər ərzində sevilən hit mahnıları ilə yanaşı, yeni ifalar da yer alacaq. Konsertin tarixi Elşad Xosenin ilk albomunun yayımlandığı dövrlə üst-üstə düşür.

Konsertin təqdimat videosunda Azərbaycan repinin banisi, mərhum reper Anar Nağılbaz süni intellektlə canlandırılıb. Çarxın sonunda Anarın görüntüsü ekrana gəlir və o, “25 may tarixində mən də orada olacağam” sözləri ilə izləyicilərə səslənir.

Konsertdə Elşad Xose ilə birgə bir sıra tanınmış sənətçilərin də səhnəyə çıxacaq.

Scroll to Top