Bu məqalədə digərlərindən fərqli olaraq Met Qalaya cütlük olaraq qatılan ulduzlara nəzər yetirəcəyik.

İlk olaraq Rihanna və Asap Roki-cütlüyü bu il “Mark Jakobs” imzalı libaslarla gecəyə damğa vurmağı bacardılar. Belə ki, böyük qara şlyapa və öndən yarıq, beldən ətək və qısa kəsimli üst hissə ilə Rihanna bu il də mövzuya uyğun olan iştirakçılar siyashısına girməyi bacardı. Həyat yoldaşı Asap Roki öz kostyumunu həmişəki kimi qüsursuz gözlükləri və çətirlə tamamlamağa üstünlük verib. Bundan başqa 2020-ci ildən rəsmi nikahsız şəkildə birlikdə olan cütlük artıq 3-cü uşaqları olacağını bildirdilər. Ata olması haqqında jurnalistlərin Asapa ünvanladığı suallara o–“Bu möhtəşəm hiss etdirir, bunu saxlamaqdan bezmişdik və bizim artıq nəyə sahib olduğumuzu göstərmək vaxtı idi. Mən şadam ki, hamı bizim adımıza sevinir, çünki biz çox xoşbəxtik”–cavabını verib.

Donatella Versace və Çeyns De Reper–əfsuslar olsun ki, “Versace”ni rəsmi şəkildə tərk edən Donatella bu il Met Qalaya Çeyns De Reperlə cütlük şəklində qatılıb. Donatella həmişəki kimi öz füsunkarlığını qoruyaraq, yuxarı hissəsi tüklərlə bəzədilərək aşağıya doğru sanki qırıq şüşələri xatırladan aq-qara təzadlığının, ən aşağıda isə yenidən tül və tüklərlə bəzədilən və qara pencəklə tamamlanan libasla gecəyə qatıılmışdı. Çeyns De Reper isə boz şlyapa, gözlük, bej kostyum və işinə geyindiyi qara dəri yeləklə gecəyə Donatellanın partnyoru olaraq qatılmışdı.

Nik Conas və Priyanka Çopra–2018-ci ildə evlənmiş cütlük 2017-ci ildə Met Qalaya qatılıb, birlikdə olduqlarını açıqladıqdan sonra bu il yenidə tədbirə qatılmaq qərarına gəliblər. Çopra qara-nöqtəli gödəkçə və ətək, arxadan pərdə kimi uzanan daha böyük bir ətək kombinasiyası qara böyük şlyapa ilə tamamlamışdı. Nik isə ağ köynək və qara şalvar kombinasiyasını boynunda parça bir şərf və beldə böyük parçadan kəmərlə tamamlamışdı.

Dua Lipa və Kalum Turner–Dua Lipa bu il Met Qalaya qatılacğı libas seçimində yenə “Chanel”ə üz tutdu. Dua Lipa açıq şifon donla qara payetli gödəkçə və orqanza papaqla geyimini tamamlamışdı. Bütün bunlar lələklər, kristallar və mirvarilərlərlə bəzədilmişdi. Ümumilikdə, libasın ərsəyə gəlməsi 2000 saat çəkib. Bu, Kalum Turner və Dua Lipa cütlüyünün bir yerdə ilk kamerlar qarşısına çıxdığı gecə idi. Dua 2024-cü ilin iyulunda ingilis aktyorla görüşdüyünü təsdiqləmişdi. Kalum Turner isə sadə qalaraq qara kostyum, ağ köynək və zərli elementlərlə bəzədilmiş qalstukla gecədə bütün işıqları Dua Lipaya yönəltməyi bacarıb.
Gecədə həmçinin cütlük olaraq, Alisia Keys və Sviz Beatz, Kristian Sivan və Sam Smith qatılıb.
Mənbə: People.com / Vogue.com