Cənubi Afrikalı müğənni və bəstəkar Tyla 2025-ci ilin may ayında yeni “Bliss” adlı sinqlını dinləyicilərə təqdim edib. Bu layihə sənətçinin yaxın aylarda təqdim edəcəyi növbəti albomunun ilk xəbərcisi kimi qiymətləndirilir.
“Bliss” musiqisevərlərə ilk dəfə bu ilin aprel ayında ABŞ-da keçirilən “Koaçella 2025” musiqi festivalında təqdim olunub. İfaçı həmin çıxışı zamanı yeni sinqlını səhnədə canlı olaraq ifa etmiş, bu da dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Söz və musiqisi Tyla tərəfindən yazılan “Bliss” əsərində sənətçi sevgi və ruhani xoşbəxtlik mövzularına toxunur.
Mahnının prodüserləri sırasında Noylan Lambroza, Dilan Viqqins və NovaVav kimi tanınmış adlar yer alır.