Fiftysix Magazine

Menyu
Edit Template

Robert De Niroya Fəxri “Qızıl Palma” təqdim olundu

2025-ci il Kann Film Festivalının ən önəmli anlarından biri məşhur amerikalı aktyor Robert De Nironun Fəxri “Qızıl Palma” mükafatı ilə təltif olunması olub. Mükafatı ona uzun illər birlikdə çalışdığı aktyor Leonardo DiKaprio təqdim edib.

Təqdimat mərasimində De Nironun kino sənətinə verdiyi töhfələr xüsusi vurğulanıb. Onun həm aktyor, həm də rejissor kimi beynəlxalq kinoda qoyduğu iz, festival rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Leonardo DiKaprio çıxışı zamanı De Nironun bir neçə nəsil aktyor və rejissora ilham verdiyini bildirib.

Qeyd edək ki, bu il Kann Film Festivalı 78-ci dəfə keçirilir. Festival həm yeni filmlərin premyeraları, həm də kino dünyasının əfsanəvi simalarının təltif olunması ilə diqqət çəkir.

Robert De Niroya verilən bu mükafat, onun yarım əsrə yaxın davam edən və saysız uğurlarla yadda qalan karyerasının daha bir nüfuzlu təqdiridir.

Scroll to Top