Xalq artisti Röya Ayxan və bəstəkar-müğənni Murad Arif yeni musiqi layihəsi çərçivəsində “BUMERANQ” adlı mahnı üzərində əməkdaşlıq ediblər.
Layihə ictimaiyyətə təqdim olunmazdan əvvəl TikTok platformasında yayılan qısa fraqmentlər vasitəsilə istifadəçilər arasında geniş maraq doğurub və sosial şəbəkələrdə axın yaratmışdı.
Mahnının söz və musiqisi Murad Arifə məxsusdur. Klipin rejissoru Emin Muradovdur. Sənətçilərin səhnə obrazları üzərində stilist Tarık Gül çalışıb.