Azərbaycanın gənc və istedadlı ifaçılarından biri olan Hiss, növbəti musiqi layihəsini ictimaiyyətə təqdim edib. İfaçının “Sevə-sevə” adlı yeni mahnısı və ona çəkilmiş videoklip rəsmi olaraq yayımlanıb.
Mahnının söz və musiqisi RZZA-ya məxsusdur. Ekran işi isə rejissor Farman Bəşirli tərəfindən ərsəyə gətirilib.
Qeyd edək ki, Hiss son illərdə Azərbaycan musiqi məkanında fəallığı və orijinal yanaşması ilə seçilən ifaçılardan biridir. Onun təqdim etdiyi layihələr dinləyicilər arasında böyük maraq doğurur və mütəmadi olaraq populyar siyahılarda yer alır.