Fiftysix Magazine

Menyu
Edit Template

Baku Fashion Week 2025 uğurla başa çatdı

16–18 may tarixlərində Bakı Konqres Mərkəzində təşkil olunan Baku Fashion Week 2025 tədbiri uğurla yekunlaşdı. Üç gün davam edən moda həftəsi çərçivəsində yerli və beynəlxalq dizaynerlər tərəfindən 2025–2026 payız/qış mövsümünə dair kolleksiyalar nümayiş etdirildi.

Tədbirin ilk günü Türkiyədən dəvət olunmuş tanınmış dizayner Emre Erdemoğlu, habelə Azərbaycan brendləri CONFIDANCE və UVENTA öz yeni kolleksiyalarını təqdim etdilər. İkinci gün Azərbaycan dizaynerləri SAINT ASLAN, DADA’S, TUVA və Türkiyənin məşhur dizayneri Cihan Nacar öz işləri ilə çıxış etdilər. Moda həftəsinin son günündə isə ZHIWJ (Tacikistan), Fidan Sadıq və CHOVGHUN (Azərbaycan) brendləri tərəfindən təqdim olunan kolleksiyalar tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Baku Fashion Week 2025 tədbiri “Stock” və “Modepoint” platformalarının təşkilatçılığı ilə keçirilmişdir. Moda həftəsinin əsas məqsədi Azərbaycan dizaynerlərini beynəlxalq platformada tanıtmaq, gənc istedadlara dəstək göstərmək və ölkənin kreativ potensialını geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Moda həftəsi çərçivəsində keçirilən nümayişlərlə yanaşı, sənaye iştirakçıları arasında B2B formatında görüşlər də təşkil olunmuş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Scroll to Top