Netflix may ayında yenə maraqlı premyeralarla gündəmdədir. İzləyicilər müxtəlif janrlarda təqdim olunan yeni serial və filmlərlə tanış olmağa hazırlaşır. Siyahını diqqətinizə çatdırırıq.
Lost Bullet 3 – 7 May
Fransız istehsalı olan bu aksiyon filmi seriyanın üçüncü və son hissəsidir. Baş qəhrəman Lino yenidən sükan arxasına keçir və bu dəfə qarşısında daha böyük hesablaşmalar var. Filmdə sürətli avtomobil səhnələri və gərgin anlar ön plandadır.
ABBA: Against the Odds – 11 May
Musiqi sənədli filmi olan bu ekran işi, İsveçli pop qrupu ABBA-nın 50 illik karyerasına işıq tutur. Belgesel, qrupun uğurları ilə yanaşı, kənardan görünməyən çətinlikləri də əks etdirir. Arxiv görüntüləri və müsahibələrlə zənginləşdirilən film musiqi tarixini sevənlər üçün maraqlı olacaq.
Love, Death & Robots (4-cü Mövsüm) – 15 May
Bu animasiya antologiyası yeni mövsümdə də fərqli janrlarda qısa hekayələr təqdim edir. Serialın hər bölümü ayrı bir rejissor və studiya tərəfindən hazırlanıb. Elm fantastikası və vizual keyfiyyət baxımından bu mövsüm də izləyicinin diqqətini çəkəcək.
Big Mouth (8-ci Mövsüm) – 23 May
Yetişkin animasiya janrında çəkilən bu serial yeniyetməliyin psixologiyasını və sosial münasibətlərini özünəməxsus üslubda təqdim edir. Son mövsümündə serial əsas mövzularına yekun vurur və tamaşaçılara tanış hekayələri bağlayır.