Fiftysix Magazine

Menyu
Edit Template

“The Last of Us”un 3-cü mövsümündə nələr gözlənilir?

“The Last of Us” serialının ikinci mövsümü bu bazar yayımlanacaq final bölümü ilə başa çatır. Serial artıq üçüncü mövsüm üçün təsdiqlənib və yaradıcı heyət dördüncü mövsümü də planlaşdırır.

İkinci mövsümdə qısa görünsə də, “Abby” obrazı növbəti mövsümdə əsas diqqət mərkəzində olacaq. Aktrisa Ketrin Ohara bildirib ki, üçüncü mövsüm “tam olaraq “Abby”nin hekayəsindən ibarət olacaq”. Onun canlandırdığı “Gail” isə gələn mövsümdə yer almayacaq. Ohara deyib ki, bu obraz yalnız “Joel” və “Ellie”nin hekayəsində müəyyən bir rolu yerinə yetirmək üçün yaradılmışdı və artıq bu mərhələ başa çatıb.

Oyun tərəfinə gəldikdə, “Naughty Dog” hələ “The Last of Us Part III”ü elan etməyib. Hazırda studiya “Intergalactic: The Heretic Prophet” adlı yeni və sirli bir layihə üzərində çalışır. Eyni zamanda ikinci bir oyun da hazırlanır, lakin onun nə olduğu bilinmir.

Mənbə: gamespot.com

Scroll to Top