Skip to content

Fiftysix Magazine

Menyu
Edit Template

Tofiq Hacıyev yeni “Aman Aman” mahnısını təqdim etdi

Peşəkar ifaçı Tofiq Hacıyev mayın 24-də yeni mahnısı olan “Aman Aman”ı təqdim etdi. Mahnının sözləri Aydın Tağıyevə, musiqisi isə Camal Qurbanov və Tofiq Hacıyevə aiddir. Mahnıda xüsusi vokal üçün Alim Qasımov da yer alıb. Mahnıdakı nağara ifası “Natiq Ritm Qrupu”na, balaban ifası xalq artisti Əlixan Səmədova, kamança ifası isə əməkdar artist Toğrul Əsədullayevə aiddir.

Mahnı üçün yayımlanan klip vertikal formalı və qırmızı arxafonla Tofiq Hacıyev və Camal Qurbanovun olduğu bir təsvirdən ibarətdir. Maraqlı məqam odur ki, “YouTube”da mahnının açıqlama hissəsində “#esc2024” həştəqi yazılıb. Bu isə güman ki, mahnının 2024-cü ildə İTV-nin Avroviziya üçün keçirdiyi daxili seçimlərə göndərildiyini işarə edir.

İfaçının 2023-cü ildə Avroviziya 2024 seçimlərində son 16 iştirakçıdan biri olaraq seçildiyi zaman paylaşdığı postda da mahnı haqqında məlumatlar yer almışdı.