27 may 2025-ci il tarixində Los-Ancelesdə keçirilən Amerika Musiqi Mükafatları mərasimində Billi Ayliş musiqi dünyasında unudulmaz bir iz qoydu.
23 yaşlı sənətçi, “İlin Artisti”, “İlin Qadın Pop/Rok İfaçısı”, “İlin Albomu” (“Hit Me Hard and Soft”) və “İlin Mahnısı” (“What Was I Made For?”) nominasiyalarında bütün mükafatları toplayaraq AMAs tarixinə adını qızıl hərflərlə yazdırdı.
Aylişin qardaşı Finneas O-Konnell ilə birgə yaratdığı musiqilər, xüsusilə “Barbi” filmi üçün yazılmış və daha əvvəl Oskar və Qremmi qazanmış “What Was I Made For?” mahnısı ilə gecəyə damğa vurdu.