Fiftysix Magazine

Menyu
Edit Template

Səhnələr alovlanır – dünya ulduzları turlarına davam edir

Dünyanın dörd bir yanında ulduzlar fanatlarının qarşısında səhnəyə çıxaraq sevilən mahnılarını canlı ifa edir və tamaşaçılara unudulmaz anlar yaşadır.

2025-ci ilin yayına giriş edirik. Qarşıdakı aylarda Biyonse, Keti Perri, Dua Lipa, The Weeknd, “Coldplay” qrupu və.s tanınmış musiqiçilər hərəkətli yayı şouları ilə daha da hərarətli edəcək. Gəlin onların konsertlərinə nəzər yetirək:

Biyonsenin aprelin 28-də Amerikanın İnqleud şəhərində başlayan “Cowboy Carter” turu sürətlə davam edir. Sonuncu konserti isə bu gün ardıcıl altıncı günü ilə Ruterford şəhərində gerçəkləşir. Turun növbəti konsertləri isə London, Paris və Hyuston şəhərlərində, iyun ayı ərzində gerçəkləşəcək.

Britaniyalı ulduz Dua Lipa ötən il yayımladığı “Radical Optimism” albomu ilə eyni adı daşıyan “Radical Optimism World Tour”na davam edir. Ötən günlərdə Fransada ardıcıl 2 gecə qapalı arenada 90.000 tamaşaçının qarşısına çıxan ifaçı son olaraq Praqada fanatlarına unudulmaz anları yaşatmaq üçün səhnəyə çıxıb. Turun növbəti konsertləri Münih, Amsterdam və Milan şəhərlərində olacaq.

Keti Perri aprelin 23-də Meksikada başlayan “The Lifetimes Tour” adlı turuna davam edir. Görüntülər mayın 22-də Texasda baş tutan konsertdəndir. İfaçının növbəti konsertləri iyunun 4-də Sidneydə, iyunun 7-də isə Melbrunda baş tutacaq.

“The Weeknd” 2022-ci ildən bu yana davam edən “The After Hours Tour” turunun sonuncu konserti Çikakqo şəhərində baş tutub. Maraqlı səhnə şouları ilə baş tutan konsertlərdə minlərlə The Weeknd fanatı iştirak edir. Turun növbəti konserti Şərqi Ruterford şəhərində baş tutacaq.

Məşhur “Coldplay” qrupu da 2022-ci ildən bəri “Music of the Spheres World Tour” turuna davam edir. Turun ən sonuncu konserti Seulda baş tutmuşdu. Növbəti konsert isə mayın 31-də ABŞ-ın Stanford şəhərində baş tutacaq.

Scroll to Top