Fiftysix Magazine

Menyu
Edit Template

Lalə Məmmədova “Sevim Səni” Mahnısını Təqdim Etdi

Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova yeni musiqi layihəsi “Sevim Səni” mahnısını təqdim etmişdir.

Mahnının sözləri şair Aydın Tağıyevə, musiqisi və aranjmanı isə bəstəkar Camal Qurbanova aiddir. Layihədə “Melodiya” instrumental ansamblının rəhbəri, skripkaçı Ramin Həsənovun ifası diqqət çəkir. Gitarada Şamil Məmmədov, miks və masterinqdə isə Toufan Records iştirak etmişdir.

Aydın Tağıyevin mənəvi sevgi mövzusuna həsr olunmuş sözləri əsasında yaradılan “Sevim Səni” mahnısı dərin emosional təsiri və peşəkar musiqi tərtibatı ilə seçilir.

Scroll to Top