Fiftysix Magazine

Menyu
Edit Template

NURAN “Özəl biri” mahnısını təqdim etdi

Azərbaycanda özünəməxsus tərzi ilə seçilən gənc artist NURAN uzun fasilədən sonra dinləyicilərini yeni layihəsi ilə sevindirib. Müğənninin təqdim etdiyi “Özəl biri” adlı yeni mahnısı artıq musiqisevərlərin ixtiyarına verilib.

Mahnının musiqisi tanınmış bəstəkar Kazım Cana məxsusdur. Bəstənin sözləri Həmail və Nigaranın imzasını daşıyır. Aranjiman işində isə Kazım Canla yanaşı, Dahin və Rasim Əsgərovun da əməkdaşlığı olub. Maraqlısı odur ki, mahnıda rep hissəni də bəstəkar Kazım Can özü ifa edərək Nurana dəstəyini göstərib.

“Özəl biri”yə çəkilən klip də artıq təqdim olunub. Bakı şəhərində lentə alınan ekran işinin rejissoru Əli Zamansoydur. Klipdə NURAN-ın imic və stili ön plana çıxarılıb. Staylinq işi yenidən Sərvər Mehtiyevə həvalə edilib. Klipdə gənc aktrisa Nilufər Muradlı, eləcə də Pro Dance Show-un üzvləri yer alıb. Eyni zamanda, gənc aktyorlar Cavidan İsmayılov və Çingiz Əlizadə də ekran işində rol alıblar.

Layihədə NURAN-ın vokal hazırlığına müğənni Elçin Cəfərov rəhbərlik edib. Ümumilikdə layihənin rəhbəri isə Elvin Elxandır.

Scroll to Top