Fiftysix Magazine

Menyu
Edit Template

Həftə Sonu Film Tövsiyəsi: İlk Seçimimiz – “Unutursam Fısılda”

Salam, dostlar! Yeni rubrikamızın ilk film tövsiyəsi ilə qarşınızdayıq.  Bu həftənin seçimi Türk kinosunun duyğusal incilərindən biri olan “Unutursam Fısılda”.

Film rejissor Çağan Irmak tərəfindən çəkilib — onun melodram və insan hekayələrini ustalıqla çatdırması artıq çoxlarının ürəyindədir. Baş rollarda isə Farah Zeynep Abdullah (Ayperi), Mehmet Günsür və Kerem Bürsin yer alır. Onların səhnədəki kimyası və oynadıqları obrazların dərinliyi filmə xüsusi rəng qatır.



Süjetin mərkəzində Ayperi adlı gənc bir qız dayanır. O, kənddən çıxıb böyük şəhər İstanbulda məşhur musiqi ulduzu olmaq arzusundadır. Lakin həyat onu gözlənilməz sınaqlarla qarşılayır: ailə ilə olan çətin münasibətlər, sevgi və xəyanət, öz səsini tapmaq üçün keçdiyi çətin yol saxta adı və özünə yazdığı saxta bir keçmiş. Bu yolda Ayperi həm öz daxili gücünü, həm də zəifliklərini kəşf edir.

İllər sonra, artıq yaşlanmış Ayperi səsi bir az solsa da, xatirələri və ürəyindəki ümidlə doğma kəndinə qayıdır. Orada keçmişi ilə, itirilmiş arzuları və bağışlamaq istədikləri ilə üz-üzə gəlir. Film, musiqi ilə dolu səmimi səhnələrlə insanın daxili dünyasına zərif bir səyahət edir.



Film boyunca retrospektiv görüntülər, bacısının ona olan sərt rəftarı adının saxta olmasını vurğulaması izləyicilərdə dərin izlər buraxır.

Scroll to Top