Britaniyalı müğənni Cessi Cey erkən mərhələdə süd vəzi xərçəngi diaqnozu aldığını açıqlayıb. Bu səbəbdən sənətçi musiqi fəaliyyətinə müvəqqəti fasilə verir.
37 yaşlı ulduz bu xəbəri sosial mediada paylaşaraq deyib:
“Xərçəng – istənilən formada qorxuludur, amma mən ‘erkən’ sözünə sığınıram”.
İyunun 15-də Londonda baş tutan “Capital FM Summertime Ball” konsertindəki çıxışı onun müalicədən öncəki son çıxışı olub. Səhnədə emosional anlar yaşayan Cessi bildirib:
Bu, bir müddətlik son çıxışımdır. Xərçəngə qalib gəlmək üçün mübarizəyə gedirəm”.
Müğənni oğluyla daha çox vaxt keçirmək, sağlamlığını bərpa etmək və gələcəkdə yenidən musiqiyə qayıtmaq istədiyini deyib. Eyni zamanda dəstək olan hər kəsə təşəkkür edib: