Fiftysix Magazine

Menyu
Edit Template

“The Simpsons” serialının ana xarakteri öldü?

“The Simpsons” serialının 36-cı mövsümünün sonunda Marge Simpson-un artıq dünyasını dəyişdiyi göstərilir. Amma bu, real ölüm deyil – sadəcə gələcəkdə nə ola bilərdi deyə göstərilən bir hissədir.

Mövsümün final bölümündə illəri bir zamanda baş verə biləcək hadisələr yer aldı. Belə ki 35 il sonra

Lisa NBA-in rəhbəri olur,

Bart isə qeyri-qanuni bir qocalar evini idarə edir və orada ataları Homer yaşayır.

Marge artıq vəfat edib, amma Lisa onun köhnə bir video mesajını tapır. Marge həmin videoda uşaqlarına bir-birlərindən uzaq düşməməyi tövsiyə edir.

Bu video Lisa və Bartı barışdırır. Onlar birlikdə Homer-i qocalar evindən çıxarırlar. Sonda isə Marge cənnətdə Ringo Starr (Beatles üzvü) ilə birlikdə görünür və deyir ki:

“Uşaqlar bir yerdə olduqları üçün xoşbəxtəm.”

Scroll to Top