MARI, Hafex və Aligee bu yay üçün əsl musiqi hədiyyəsi ilə qarşımızdadır! Onların birgə hazırladığı “Pot of Gold” adlı mahnı rəsmi olaraq yayımlandı və artıq dinləyicilərin playlist-lərinə düşməkdədir.
Sözləri və musiqisi MARI-yə, prodüserliyi isə Hafex və Aligeeyə məxsus olan bu layihə Chapter Eight Records etiketi ilə təqdim olunub. Tropik atmosfer, romantik notlar və dərin hisslərlə dolu bu parça yay axşamlarınızı daha da gözəlləşdirəcək.
Paylaşımda qeyd edildiyi kimi:
“Wishing you the best summer with this one ☀️🍹 Let it be your perfect chill-out cocktail!”
Artıq mahnını bütün rəqəmsal platformalarda dinləmək mümkündür. İstirahət moduna keçmək üçün ideal bir seçimdir!
