Müğənni Elçin Cəfərov yeni layihəsini təqdim edib. Sənətçi bu dəfə “SYD” adlı mahnısı ilə çıxış edir. Mahnının sözləri və musiqisi bəstəkar Rafael Şabanova məxsusdur.
Aranjeman üzərində Yüzbek Zagirov və Dahin çalışıblar. Mahnıya çəkilən klipin rejissoru Fərman Bəşirlidir. Layihənin ümumi musiqi tərtibatı Tərlan Məmmədhüseynov tərəfindən həyata keçirilib.