Tofiq Hacıyev “GGG” adlı yeni mahnısını və ona çəkilmiş klipi təqdim edib.
Mahnının musiqisi və sözləri YAP10-a aiddir. Aranjiman üzərində Oleph və Zaur Ali çalışıblar. Səsləndirmə (miks və masterinq) isə Tufan Promix tərəfindən həyata keçirilib.
Klipin rejissoru Eladisoydur. Mahnı ilə eyni anda təqdim olunan video artıq rəqəmsal platformalarda yayımlanıb.