2006-cı ildə böyük maraqla qarşılanan və qısa zamanda kult statusu qazanan “The Devil Wears Prada” filminin davamı gəlir. 20 illik fasilədən sonra bu əfsanəvi ekran işi yenidən gündəmdədir və hazırda New-York küçələri böyük bir film setinə çevrilib.
Filmin ikinci hissəsinin ilk premyerası 2026-cı ilin may ayında planlaşdırılır. Bu xəbər həm kino, həm də dəb dünyasında böyük səs-küyə səbəb olub.
İlk film bir çoxları üçün təkcə dəb haqqında film deyil, həm də xarakter transformasiyası, güc münasibətləri və karyera dilemması mövzusunda dərin mesajlar verən bir ekran işidir. Film, “Vogue” jurnalının baş redaktoru Anna Wintourun həyatından ilham alınaraq çəkilmişdi və onun real həyatda yaratdığı təsirin ekran variantı olan Miranda Priestly obrazı ilə yadda qalmışdı.
