Fiftysix Magazine

Menyu
Edit Template

Rəqsanə İsmayılova dələduzluq ittihamı ilə həbs edilib

Sabunçu Rayon Polis İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı dələduzluq ittihamı ilə saxlanılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Rəqsanə İsmayılova iki nəfər zərərçəkmişin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi üzrə cinayət işi başlanılıb.

R. İsmayılova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiq edib.

Scroll to Top