Skip to content

Fiftysix Magazine

Zara onlarla hitlərlə yox, “Midnight Sun” ilə Qremmidə

İsveçli ulduz Zara Larsson nəhayət bu il Qremmi namizədidir. “Midnight Sun” albomunun əsas mahnısı olan eyni adlı mahnısı Qremmi mükafatı üçün yarışacaq. Sizə də təəccüblüdür deyilmi? Bəli, on ildən çoxdur Zara Larssonun qlobal hitə çevrilən mahnıları, albomlarını dinləmişik. Lakin bu uğurun qarşılığında o indiyə qədər dünyanın əsas musiqi mükafatını nəinki almaq heç bir dəfə belə olsun namizəd ola bilməyib. Geriyə baxanda isə saysaq bəlkə hansısa birilərini unuda biləcəyimiz sayda hitləri xatırlayırıq. “Lush Life”, “Newer Forget You”, “Can’t Theme Her”, “Ain’t My fault”, “Symphony”, “Ruin My Life”, “I Would Like”, “So Good”, “You Love Who Love You” və daha bir çox mahnılar…

Toplamda beş albom yayımlayan Zaranın sadəcə 28 yaşı var və karyerası tanıdığımız yarışlardan olan “Talange Sverige” (Got Talent) yarışmasında qalib olması ilə başladı. Həmçinin 2016-cı ildə Fransada keçirilən UEFA Avropa Çempionatının mahnısı fransız DJ Devid Getta ilə birlikdə ona məxsusdur.

İzlə: David Guetta & Zara Larsson – This ones for you

İki ay sonra keçiriləcək Qremmi mükafatlarında iştirak edəcək “Midnight Sun” bu ilin iyun ayında albomun yayımlanan ikinci sinqlı idi. Pop janrında olan mahnının sözləri daha yetkin və şəxsi ovqat bağışlayır. Spotify dinlənmə sayı 70 milyondan çox olan mahnı sosial şəbəkələrdə çox istifadə edilir. Qremmi mükafatlarında “Ən yaxşı rəqs-pop səsyazması” kateqoriyasında yarışacaq. Ümid edək ki, bu ilk Zara üçün uğurlu və davamlı olacaq.