Günlər öncə kino dünyası böyük sarsıntı yaşadı – “Netflix” Hollivudun ən böyük şirkətlərindən biri “Warner Bros”-u almaq istədiyini açıqladı. Bu o deməkdir ki, artıq “Game of Thrones”, “Harry Potter”, “DC Comics” və HBO arxivi kimi ikonik kontentlərin sahibi “Netflix” ola bilər.
Ümumilikdə bu alış 82,7 milyard dollar dəyərindədir, yəni Hollivud tarixindəki ən böyük əməliyyatlardan biridir. Təbii ki, bu hələ yekun deyil, “Warner Bros” bunların baş verməsi üçün satış mərhələsinə keçməli və razılaşmalıdır. Prosesin 2026-cı ilin üçüncü rübündə bitməsi gözlənilir, amma sadəcə satışla hər şeyin başa çatacağı anlamına gəlmir, mediada nəhənglərin rəqabəti hələ davam edir, çünki bu əməliyyat sadəcə şirkətlərin bir-birini alması deyil. Netflix artıq yalnız “streaming” platforması olmaqla kifayətlənmir, Hollivudun güclü oyunçularından birinə çevrilir. Təsəvvür edin, bu illər ərzində izlədiyimiz serial və filmlərdə gözləmədiyimiz obrazlar görə bilərik. Nəticədə bu “Netflix”dir.
Amma müzakirələr bitməmiş yeni oyunçu meydana daxil olur:Netflix tək namizəd deyil, Paramount da “Warner Bros”u almaq üçün yüksək məbləğ təklif etdi. İdarə heyəti daha uzunmüddətli və stabil plan təqdim edən “Netflix”in təklifini dəstəklədi. Yəni hələ “bidding müharibəsi” bitməyib və 2026-cı ildə gəlişmələr olacağı istisna deyil. Bəlkə də üçüncü alıcı da rəqabəti artıra biləəcək təkliflə “Warner Bros” idarə heyətini çaşqın hala gətirə bilər.
Tamaşaçı üçün də vəziyyət qeyri-müəyyəndir. Satış gerçəkləşsə, artıq bir platformada daha çox kontent olacaq, izləmək asanlaşacaq, bunu üstün tərəf kimi qəbul etsək də, bazarda dominantlığın artması qiymətlərə təsirsiz ötüşməyə bilər. Lakin hələ qarşıdakı bir il ərzində nə baş verəcək məlum deyil. Hələki hər şey qaydasındadır!