69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycanın münsif səsini məşhur ifaçı Safura Əlizadə təqdim edəcək. Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura canlı yayımda çıxış edərək ölkəmizin səslərini açıqlayacaq.
Safuranın bu dəfə xal təqdimatçısı qismində Avroviziya səhnəsinə dönüşü onun müsabiqə ilə dərin bağlarını və sənət yolundakı ardıcıllığını bir daha nümayiş etdirir. Qeyd edək ki, bu, onun bu rolda ilk çıxışı deyil — o, 2011 və 2012-ci illərdə də Azərbaycan adından xalları elan etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” mahnısı ilə Azərbaycanı təmsil edərək finalda 5-ci yeri qazanmışdı.
