Fiftysix Magazine

Menyu
Edit Template

Avroviziya 2025-in Qalibi Avstriya Oldu

17 may 2025-ci il tarixində İsveçrənin Bazel şəhərində keçirilən 69-cu Avroviziya Mahnı Müsabiqəsinin qalibi Avstriya təmsilçisi Johannes Piyetş olub. İfaçı “Wasted Love” adlı mahnı ilə 436 xal toplayaraq birinci yeri tutub. Xalların 258-i münsiflər heyətindən, 178-i isə tamaşaçı səsverməsindən gəlib.

İkinci yerə 357 xalla İsrail təmsilçisi Yuval Rafael, üçüncü yerə isə 356 xalla Estoniya təmsilçisi Tommi Kaş layiq görülüb.

Azərbaycan bu il müsabiqədə “Mamagama” qrupu ilə təmsil olunub. “Run with U” adlı mahnı ilə çıxış edən təmsilçimiz finala vəsiqə qazana bilməyib.

69-cu Avroviziya Mahnı Müsabiqəsi “United by Music” şüarı altında təşkil olunub. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak edib, onlardan 26-sı final mərhələsində çıxış edib.

Scroll to Top