Avroviziyanı illərdir tək izləməkdən yorulmusan?
Çıxışlara baxarkən fikrini bölüşəcək birini axtarırsan?
Yoxsa sadəcə o möhtəşəm ab-havanı kiminləsə paylaşmaq istəyirsən?
O zaman 13 may axşamı səni də gözləyirik!
Birinci yarımfinal gecəsində ölkəmizin uğuruna birlikdə şahid olaq, fanatlarla bir araya gələk və bu musiqi bayramını doyunca izləyək!
Xüsusi qonaqlar, canlı yayım, maraqlı şərhlər, müzakirələr, fanat enerjisi və bol əyləncə — hamısı bir arada!
Bütün bunlar şəhərin ən sevilən məkanlarından biri olan Obraz Cafe-də — zövqlü və modern interyeri, rahat atmosferi ilə sənə unudulmaz bir Avroviziya gecəsi vəd edir.
Dəstəklədiyin ölkənin bayrağını götürməyi unutma — çünki bu gecə həm səsin, həm də enerjin çox vacibdir!
GİRİŞ TAMAMİLƏ PULSUZDUR!
Dəvət məktubu almaq üçün formu doldurmağınız kifayətdir.
13 MAY | 23:00 | OBRAZ CAFE