Fiftysix Magazine

Menyu
Edit Template

Aydan Əliyeva “Çağırdım” adlı yeni mahnısını təqdim etdi

Gənc bəstəkar və ifaçı Aydan Əliyeva növbəti layihəsi ilə musiqisevərlərin diqqətini cəlb edib. İfaçının yeni “Çağırdım” adlı mahnısının musiqisi Aydan Əliyeva tərəfindən bəstələnib, sözləri isə onunla birlikdə gənc yazar Tural Məmmədova məxsusdur.

Aranjiman işləri Türkiyədə fəaliyyət göstərən musiqiçilər Arçil Veltauri və İbrahim Tatlısesin komandasında çalışan kaman ifaçısı İsmet Dirilə tərəfindən həyata keçirilib. Mahnının klipi videoqraf və montajçı Fərid Həsən tərəfindən iki fərqli məkanda – Tarqoviynin Obraz kafesi və Buzovna çimərliyi – çəkilib.

Scroll to Top